Əvvəlki gün...
Millətlərarası iqdisati siyasətə yön verən yayınlardan biri olan ABŞ dərgisi Foreing Affairs yazdı:
-Koronavirus ABŞ iqtisadiyyatına necə zərbə vuracaq?
-Amerikanın böyümə modelindəki yeni seçimləri nədir?
Məqalənin yazarı ingilis-isveç Prof. Mark Blyth vacib bir məqamı diqqətə çəkdi:
- ABŞ əhalisi 330 milyondur, onun 270 milyonunun silahı var.
– 80 milyon insan günlük işlərdə saatbaşına maaş alır və heç birinin sağlamlıq barəsində heç bir güvənləri yoxdur.
Prof. Blyth "ABŞ korona səbəbilə digər ölkələrdən fərqli çətinliklərlə üz-üzədir. İqtisadiyyatı ay və ya daha uzun müddətdə dondurmaq, böyümə modeliylə birlikdə sosial vəziyyəti yaxşı olmayanları da məhv edəcək" deyib.
Daxili müharibə belə çıxa bilər. Buna Dan Patrikin FOX News-a müsahibəsində dediklərini sübut kimi göstərir.
- "Yaşlılar ölkə üçün özlərini fəda etməlidirlər!"
Trumpın söylədiyi "iqtisadiyyatı yenidən başlatmaq" üçün tapılan alternativlərin başında "yaşlılara ölüm!" var.
Yox edərək həll tapmağın Amerikanın genlərində olduğunu bilirik!
Gəlin, sizi illər əvvələ aparım.
İrqlərin İslahı
Yevgenika...
İrlərin islahı mənasını verir. İnsanları ayırıb zehin, fiziki güc və başqa yönlərdən üstün irq əldə ediləcəyinə inanılır!
Bunu ilk dəfə qavrayış halına çevirən Çarles Darvinin dostu Fransis Qalton olub.
Qalton fikirlərinin təməlini Darvinin "Təkamül Nəzəriyyəsi" teoriyasından götürüb. Nə idi bu?
Xarici mühitə uyğunlaşmaq üçün daha əlverişli xüsusiyyətlərə malik olan orqanizmlər yaşamaq və çoxalmaq şansına sahibdirlər.
Zəifləri sistemin xaricinə süpürən faşizm də buradan qaynaqlanmışdı. Buna "Sosial Darvinizm" deyildi. Ən böyük müdafiəçisi Herbert Spencer oldu:
- Təbiət kimi toplumsal rəqabətdə də ən yaxşı olan qorunmalı, zəiflər yox edilməlidir.
Herbert Spencer jurnalistlərə ən böyük dəstəkçisinin əlini tutub göstərdi: ABŞ-ın ən zəngin iş adamlarından Andryu Karnegiya!
Bu əlaqələr təəccüb doğurmur. ABŞ-da 1904-cü ildə "Bioloji sınaq stansiyası" quruldu. Ofisin müdiri Harry Laughlin idi.
Eynilə: Amerika Yevgenika Assosiasiyasına rəhbərlik etdi. Hitler dövründə Heidelberg Universitetindən fərqlənmə diplomu aldı (yəhudiləri universitetdən qovmaq mərasimində). Laughlin Karnegiyanın işçisi idi! Vaşinqtondakı Karnegi İnstitutu "Eugenics Record Office" genetika şöbəsinin müdiri idi! (Bu institut haqqında haradan bilirsən: "Kamalizmi tərk et ... Mülayim İslam üçün qucaqlayın ... Kürdüstanı genişləndirin!" deyən bir institut)
Karnegidən Rokfellerlərə qədər hamısı "yevgenika" tərəfdarı idi. Hitlerə dəstək verdikləri də sirr deyil. Misal üçün Rokfeller vəqfi, Nasist Dr. Josef Mengelenin ölüm düşərgəsi Auschwitzə getməmişdən qabaq işlədiyi "yevgenika" proqramlarının inkişaf etdirilməsinə və finan edilməsinə kömək etdi.
Mənə deyirlər ki, siz həkim deyilsiniz, necə olur tibb kitabı yazırsınız? Quzum, həkimlərin çoxusu bunları bilmir...
Uşaqsınızmı?
Bəli, "yevgenika" ABŞ-da Nasist Almaniyazındakı irq proqramlarından illər əvvəl tətbiq olundu.
Bəli, Amerikanın "yevgenika" hərəkatına Karnegi İnstitutu, Rokfellerlər vəqfinin böyük rolu oldu.
Bəli, bu pullarla "bioloji təcrübə stansiyaları" ABŞ-ın hər yerində təcrübələr apardı.
Bəli, ABŞ-da yaxşı və pis irq üçün "Yevgenika qeydləri ofisi" quruldu. "Yevgenika" təməlli məcburi sterilizasiya qanunu çıxdı.
Bəli, Harvard Üniversiteti "zəif irq" deyə köçkünlərin gəlməyini əngəllədi. "Doğum kontrol anlayışı" bu umiversitetdən doğuldu. (Procter & Gamble şirkətinin sahibi, "yevgenika" müdafiəçisi Dr. Clarence Gamble-ın əliylə)
"Amma bunlar 100 il əvvəldə qaldı" deyə bilərsiz! Uşaqsınız siz?
"Amerika Yevgenika dərnəyi" hələ də fəaliyyətdədir. Adını 1972-ci ildə "Sosial Bioloji çalışmaları dərnəyi" olaraq dəyişdirdi. Ən sonda "Bidemoqrafiya və Toplumsal Bioloji Dərnəyi" adını aldı.
II Dünya Müharibəsindən sonra da başda qızıldərili qadınlar olmaqla minlərlə insana "sterilizasiya" tətbiq etdilər. Bunu həmişə etdilər. Misal üçüb 2013-cü ildə Kaliforniyadakı məhkum qadınları hədəf seçdilər.
"Yevgenika" Amerikanın tibb fakültələrində xeyli tərəfdar tapdı. Buradan dünyaya yayılan müasir tibb anlayışı bu baxımdan heç araşdırılmamışdır. Saxlayın! Müasir elm kapitalizmin uşağıdır; və yalnız bundan asılıdır. Lazım gələrsə faşizmin xidmətinə verilir ...
"Koronavirus bioloji müharibə silahı ola bilər" deyiləndə niyə böyük reaksiya verildiyini anlamaq çətindir...
Həqiqət acı olur. Amma üz-üzə gəlmək məcburiyyətindəyik. Siz onları deyil, onlar sizi seçdi. Və şübhəsiz ki, yoxsullardan, yaşlılardan başladılar...
Dilimizə uyğunlaşdıran Eminquey