adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
01 Aprel 2020 16:26
10763
GÜNDƏM
A- A+

Aqil Abbas: “Əvvəllər bizə gəlirdilər, indi qohum-əqrəbaya demişəm ki, hamınız evdə qalın...”

Bu gün yazıçı, millət vəkili Aqil Abbasın doğum günüdür. O, 1 aprel 1953-cü il Ağcabədi rayonunun Boyat kəndində anadan olub.

Moderator.az-a açıqlamasında A.Abbas heç vaxt doğum gününü qeyd etmədiyini bildirib:

"Ümumiyyətlə, demişəm də heç vaxt doğum günü keçirmirəm. "Xoşbəxt adam” povestimdə bir yer var, deyir ki, "o, heç vaxt ad günü keçirmirdi, çünki ailədə səkkiz uşaq idilər və heç ata-anaları da bilmirdi ki, hansı tarixlərdə doğulublar. Özü də nə Enşteynin, nə Məhəmməd Peyğəmbərin nəslindən idi. Amma 1 apreldə doğulduğuna görə hamı bu günü bilirdi”.

Heç yubileylərimi də keçirməmişəm. Altmış illik yubileyimdə ölkə başçısı mənə "Şöhrət ordeni” verəndə də yubileyimi keçirmədim. Dedim ki, kim istəyirsə, Nizami Kinoteatrında "Dolu” filminə baxsın, pulsuz veriləcək. Gəldim gördüm ki, zal ağzına kimi doludur. İndi oturub evdə özümüz üçün bişəndən yeyəcəyik. Əvvəllər qohum-əqrəba gəlirdi, amma indi hamıya demişəm ki, evdə qal dedikləri üçün evizində qalın”.