adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
01 Aprel 2020 15:07
11940
GÜNDƏM
A- A+

Gənc deputatdan xeyirxah addım - FOTO

Deputat Könül Nurullayevanın təşəbbüsü ilə koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olmaq, ərazidə yaşayan insanları narahat edən məsələlərin həllinə operativ şəkildə köməkgöstərmək üçün Bakı şəhəri Nizami rayonunda "Deputat qərargahında” İşçi qrupu yaradılıb.

Millət vəkilinin sözlərinə görə, ötən dövr ərzində İşçi qrupuna daxil olan onlarla müraciətin təhlili göstərib ki, yaşı 65-dən yuxarı tənha yaşayan bəzi sakinlər DSMF-nin Nizami rayon şöbəsində qeydiyyatda deyil və yaxud tamamilə tənha yaşayan ahıl insanlardır:


"Edilmiş müraciətlərə əsasən, yaşından asılı olmayaraq, rayonda yaşayan son dərəcə imkansız ailələr var ki, onların da bilavasitə sosial yardıma ehtiyacı var”.

Könül Nurullayeva vurğulayıb ki, qeyd olunan müraciətlər, o cümlədən, DSMF-nin Nizami rayon şöbəsi ilə sıx əməkdaşlıq nəticəsində əldə edilmiş məlumatlar əsasındatənha yaşayan ahıl vətəndaşlar, eyni zamanda, yaşından asılı olmayaraq son dərəcə imkansız ailələr, karantin səbəbi ilə işindən kənarlaşdırılıb.

Çıxılmaz vəziyyətdə qalan həqiqi ehtiyacı olan insanların vəziyyəti "İşçi qrupu”nunyığıncağında müzakirə olunaraq operativ şəkildə bir qrup sakinə yardım edilməsi qərara alınıb:


"Q.Qarayev 73,61,55,63, 36a, Rüstəmov 21a,25/63,39,35.27,66,43,3, Naxçıvanski 65a,67, E.Süleymanov 108,112, Şərifli 100, Keşlə qəsəbəsi üzrə və s. ünvanlarda yaşayan imkansız, tənha insanlara ərzaq və təmizləyici vasitələrdən ibarət xüsusi hazırlanmış bağlama verilib və bu təşəbbüsün xüsusi karantin rejimi dövrü ərzində davam etdirilməsi qərara alınıb.

Bu missiyanın həyata keçirilməsində könüllü qismində iştirak edən Nizami rayon sakinlərinə xüsusi təşəkkürümüzü bildiririk. Allah köməyimiz olsun!”