adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

İçimizdəki məni oyadan aprel - Emin Piri yazır

Emin Piri
94012 | 2020-04-03 09:15

Çox vaxt işğal günlərində rast gəlirəm,xatırlayanlar daha çox Qarabağdakı səfalı meşələrdən, bulaqlardan, yeyib-içməkməclislərindən bəhs edirlər.


Əlbəttə, Qarabağ dünyanın səfalı yerlərindəndir.Bəs, biz onu bu səfasına görəmi sevməliyik?

Əgər o torpaqların yerində şoran, hər hansı təsərrüfatayaramayan ərazilər olsaydı, unutmalıydıqmı? Vətən axı qum dənəcikləri ilə də,daşıyla da əzizdir, müqəddəsdir.

Ya da bir məktəblinin sarkazmla ifadə etdiyi "həril 8 mayda ermənilərin Şuşanı tutacaqlarını bilirik - bəs niyə qabaqlarınıalmırıq?” sualı qarşısında əzilməkdən daha yaxşıdır ləyaqətli cavabı verə bilməkcəsarətinə sahib olmaq...

Heç nə yox, böyük türk sərkərdəsi Metenin bu məsələilə bağlı kiçik olayını xatırlatmaq torpağın hansı anlama gəldiyini göstərər.

"Hun İmperatorluğuna Mete xanın yiyələnməsini həzmedə bilməyən Çin onun güclənməsinə imkan verməmək üçün hunların üzərinə hücumüçün bəhanə axtarırdı. Belə bir bəhanə isə ələ düşmürdü. Ona görə də Mete xanınüzərinə hücum etmək üçün Çin müxtəlif planlar hazırladı. Çin hökmdarı Hunsarayına elçisini göndərərək, onun ən sevimli atını istədi. Daima ölkədaxiliproblemləri demokratik yolla həll etməyə adət edən Hun sarayında bununla bağlıböyük bir qurultay keçirildi.

Mete xan sarayın başbilənlərinə Çin hökmdarınınistəyini çatdırır. Saraydakılar atın verilməsinin əleyhinə çıxırlar. Lakin Metexan: "At mənimdir, mən onu verəcəyəm”, - deyir və sevimli atını Çin hökmdarınagöndərir. Mete xanın bu hərəkəti qorxaqlıq kimi qiymətləndirilir və bu dəfə Çinhökmdarı vaxtilə Hun sarayına göndərilən şahzadə xanımın verilməsini tələbedir. Mete xan bu dəfə də qurultay çağıraraq məsələni onlara danışır. Bu dəfə dəqurultay iştirakçıları Çinin təklifinə rədd cavabı verirlər. Amma Mete xan bu məsələnində onun özünə aidiyyəti olduğunu bildirərək, şahzadə xanımın verilməsi barədə qərarqəbul edir. Çin sarayında isə Mete xanın bu hərəkətlərindən heyrət içində idilər.Hun İmperatorluğunun ən cəsur bir sərkərdəsi hesab edilən Mete xan bir-birininardınca onlara güzəştə gedirdi. Bu da Çin hökmdarında Hun torpaqlarını işğaletmək iştahı əmələ gətirdi.

Bu dəfə Hun sarayına göndərilən elçi Çinlə sərhəddəyerləşən daşlıq və qayalıqdan ibarət olan ot bitməyən bir ərazinin verilməsini tələb etdi. Yenə də Mete xan qurultay topladı və onların məsələ iləbağlı fikirlərini soruşdu. Qurultay iştirakçıları: "Ey hökmdar, o torpağı vergetsin, onsuz da orada heç ot da bitmir” - dedilər. Mete xan isə bununqeyri-mümkün olduğunu bildirdi. Belə olduğu halda, qurultay iştirakçıları onadedilər: "Axı sənin ən sevimli atını istədilər verdin, ən sevimli çinli şahzadəniistədilər, verdin. Bəs indi bir parça ot bitməyən daşlıq və qayalığın verilməsinəniyə razı olmursan?”.

Mete xanın onlara cavabı isə çox ibrətamiz oldu:"Atımı istədilər, verdim, çünki mənə məxsus idi. Şahzadəni istədilər, verdim.Çünki onun üzərində mən hökmran idim. Amma torpaq millətindir və babalarımızonu qan axıtmaqla qoruyublar. Millətin malını isə heç kimə vermərəm. Torpaq istəyənlərinbircə cavabı var: onlarla savaşa girmək. Ona görə də mən əmrimi verirəm:hazırlaşın, düşmən üzərinə gedirik!”.

Vədörd il öncənin apreli...
Göz yaşları axdı. Anlamamaqmümkün deyil. Ammaqurbanveriləncanlarbizə nələriqazandırmadı ki... İşğalaltındaolantorpaqlartamazadedilməsə də, elə obirneçə yüksəkliklə ruhumuzdaoazadlığıntəməliqoyuldu. Qazanmağınyolunugöstərdilər. Qələbə qoxusununnəfəsqədəryaxınolduğunusübutetdilər.

Onlar bizə anlatdı. Anlatdı ki, əsgəri anlamaq üçün, azadlığı duymaq üçünbulvarın yox, səngərin qoxusunu udmalısan!

Utandırdılar. Utandırıb içimizdəki ölmüş məni oyatdılar. Anlatdılar ki, vətən sevgisinin, azadlığın nə olduğunu, əsgərin nəçəkdiyini bilmək üçün virtual inqilabçı yox, gecə sübhə kimi, - 20 dərəcədə vəya yayın qaynar istisində çiynində silah düşmən qarşında durmalısan!

Hamı gördü ki, heç nəyə baxmayaraq, xalq bəzilərinin dediyinə rəğmən, yatmayıb.Qarabağı unutmayıb. Əsgərinə biganə deyil. Ürəyi cəbhənin nəbzilə vurur. Və həran əsgərinə sahib çıxmağa hazırdır.

Xalq göstərdi ki, ölkənin işğaldan kənarda olan bütün ərazisi hər an arxa cəbhəolmağa hazır və qadirdir.

Bəzi bəsit köşələrlə kosmopolit siması yaradıb bəlkə də gələcəyin hansısamükafat almaq iddiasında olan, özünü fərqli göstərmək istəyən yazarların xalqüçün heç bir əhəmiyyət daşımadığını göstərdi. Göstərdi və xalqın ürəyininsəngərlə döyündüyünü sübut etdi.

Vətən statuslarını yazanları lağ oyektinə qoyanları da gördük, gələcək siyasikaryerasını düşünüb lağa qoymasa da, susanları da. Gördük və qeyd etdikbeynimizin bir guşəsinə... Kiminin ayağını mina qızdırır, kiminin ayağını Bakıasfaltı. Və durub yayın istisindən, Azərbaycan haqqında deyilən şirin sözlərinqaynarlığından şikayət etdilər.

Kiminin alnından, kiminin ürəyindən, kiminin gözlərindən öpdü güllələr.Qarşısında bir məzar və şəkil qalan anaların əlindən öpürəm. Bu xalqı titrədib,içindəki mənliyi oyatdığını görə, Azərbaycanı ruhən bir etdiyinə görə!

TƏQVİM / ARXİV