adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Aprel 2020 07:00
48827
ŞOU-BİZNES
A- A+

Bacısı tərəfində həyatı alt-üst olan Nəşə -Karaböcək ömrü

Türkiyəli məşhur müğənni və "Yaşıl Cam”ın sevilən aktrisası Nəşə Karaböcəyin doğum günüdür. Hazırda 73 yaşını geridə qoyan, əsl adı Nəşəcan Göktürk olan sənətçi 1 aprel 1947-ci ildə İstanbulda dünyaya gəlib. Atası əslən bolqar kökənli olub. Baş muhasib işləyən Hüseyin Orhan Göktürk, həyat yoldaşı, Nəşənin anası isə evdar qadın Arifə Göktürkdür. Tezcan, Saniyə Güldən (Güldən Karaböcək) və Gülcan adında üç bacısı, Tanər adında bir qardaşı olub.

Atası Hüseyn Orhan bəy Dövlət Demiryollarındaki məsul vəzifəsilə bağlı 1950-ci ildə Ankaraya köcürlər. Nəşə Karaböcək 3 yaşındaykən, Ankara Dövlət Teatrında Kiçik Teatr şöbəsi işə başlayır. İstedadlı uşaqların həmin şöbəyə cəlb edilməsi ilə bağlı elanlar hər tərəfə yayılır. Hələ yazmaq və oxumaq bilməyən balaca Nəşə müsabiqəni qazanır. 3 yaş yarımlıq olarkən "Yıldız Ece" və "Kara Böcek" tamaşalarında rol alır. Məhz "Kara Böcek"tamaşasındakı Kara Böcək rolundan sonra hamı onu bu adla cağırır. O vaxt təsadüf nəticəsində Türkiyənin prezidenti İsmət İnönü onunla bir tamaşada görüşürkən də ona Kara Böcək deyə müraciət edir və elə o vaxtdan da Nəşə xanımın soyadı Karaböcək olaraq sənədləşir.

Daha sonra Dövlət Opera Teatrında işə alınır. Soprano olaraq yetiştirilir. Carmen, La Bohem operalarında, P.İ.Çaykovskinin " Sonalar gölü'ndə yaşına uyğun rollar alır. Bütün bunlar o hələ orta məktəbə getməmişdən başlamışdı. Beləcə, durmadan sənət pillələrində irəliləyir. Böyüdükcə ailəsinin təsiri ilə səhnəyə daha cox bağlanır. Operanı bıraxsada, konservatoriya ve sahnə həyatına davam edir. Nəinki bütün Türkiyəni , həmdə Türkiyənin sərhədlərindən kənarda da hər kəsi özünə heyran edir. Yüzlərcə mükafatların , diplomların, titulların sahibinə cevrilir. Həm də sevir, sevilir. İlk dəfə 1964-cü ildə "Elenor” Plastinka Şirkətinin sahibi Atilla Alpsakarya ailə qurur, Onların Alper adlı bir oğul övladları olur. Amma 1974-cü ildə bu ailəlik qəflətən sona catır. O vaxt Nəşə Karaböcəyin özündən kicik və gözəl bacısı Saniyə Güldənin adı bu evliliyin bitməsində əsas səbəb kimi dillərə düşür. Nəşənin təkidi ilə ata-anası da Güldəndən imtina edir. Nəşə xanım boşanmadan 4-5 ay sonra jurnalist Tevfik Yener ilə ailə qurur. Həsən adında bir oğlu da olur. (Təəssüf ki, Həsən ötən il 44 yaşında dünyasını dəyişdi)



Aradan 46 il kecməsinə baxmayaraq ifaçı eks-həyat yoldaşının bacısı Gülden Karaböcək ilə evlənməsindən sonra onları bağışlamadığını hər fürsətdə bildirir. Məsələn, onun 2 il əvvəl verdiyi acıqlamada bu sözlər yer alıb:

"Biz Atilla Alpsakarya ilə 1964-cü evləndik. Bir oğlumuz dünyaya gəldi, sonradan münasibətlərimiz soyumağa başladı və 1974-cü ildə boşandıq. O, məndən boşanan il bacım Güldənlə ailə həyatı qurdu. Ancaq onların da evliliyi uzun çəkmədi, 9 il sonra, 1983-cü ildə boşandılar. Güldənlə 44 ildir danışmıram. Heç vaxt "məni bağışla" demədi və peşmançılığını dilə gətirmədi. Anamın dəfnində qarşılaşdıq. Heç nə olmamış kimi söhbət etdik. Sonra da ayrıldıq. Bağışlamaq Allaha məxsusdur, ancaq mən qəbul edə bilmirəm. Üzünə belə baxmıram və baxmayacam".

Onu da bildirək ki, Nəşə Karaböcəyin boşandığı il bacısı Güldən müğənnilik etmək istəyirdi. Ancaq Nəşə ona dəstək olmaq yerinə, hər vəchlə qarşını kəsirdi. Ailəsini də öz fikri ilə razı salan Neşe, 18 yaşına çatmayan bacısının İstanbulda tək yaşamasına səbəb olur. Bütün ailəsi ondan üz çevirir. Bu illərdə isə Nəşə Karaböcək adını öz musiqi şirkətindən itirən Atilla Alpsakarya baldızına kömək əlini uzadır. Gülden isə ona tərəf uzanan bu əlin gələcəkdə bacısının və onun həyatında qaranlıq olacağından xəbərsiz olur. Atillanın məqsədi isə "Karaböcək" soyadını yenidən musiqi sektoruna qazandırmaq və gəlir əldə etmək idi. Ancaq Güldənin soyadı Göktürk idi, ona görə də Atilla onunla həmin ili evlənərək ona Karaböcək soyadını qazandırır. Sonrakı müsahibələrində Güldən "Onunla evləndikdən sonra adım çıxmışdı və kirlənmişdim. Evlilik mənim üçün məcburiyyət idi. Onu heç vaxt həyat yoldaşı, sevgili kimi görmədim. Həyat məni bu vəziyyətə saldı" deyərək peşmançılığını dilə gətirmişdi.

Qeyd edək ki, Güldən Karaböcəyi türklər "Ailə dağıdan qadın" kimi qəbul edirlər.

Beləcə, bir türk Divasının da həyat hekayəsini sizə catdırmış olduq. Yeni yaşın qutlu olsun, Diva!

Əntiqə Rəşid