adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
31 Mart 2020 20:24
35701
KRİMİNAL
A- A+

Bakıda mağazalardan oğurluq edən qardaşlar saxlanılıb

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri tutulublar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Nəsimi RPİ 22-ci Polis Şöbəsi və Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində 4 mağazadan 4 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş M.Cavadov və 2 qardaşı saxlanılıblar.

Ətraflarında aparılmış tədbirlərlə onların Bakı şəhər sakini olan bir nəfərin 1455 manat dəyərində noutbukunu oğurlamaları da müəyyən edilib.