adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
10 Aprel 2020 10:47
25250
İDMAN
A- A+

Futbolun “koronavirus” kimi qəzaları

Koronavirusa görə əksər futbol liqaları fəaliyyətini dayandırıb. Bir çox mütəxəssisə görə bu çempionatlar ya yarımçıq bitəcək və ya qalibləri bilinməyəcək. Bu isə həmin ölkələrdə virusun yayılma dərəcəsinə bağlıdır.

Müxtəlif zamanlarda virusla əlaqədar olmasa da qəza keçirən klublar olub ki, bu da idman ictimaiyyətini sarsıdıb.

Bu qəzalar nəticəsində bir çox klublar ya qızıl dövrünə əlvida deməli olub, ya da klub kimi tamamilə fəaliyyətini dayandırıb. Bu hadisələrdən bir neçəsini sizə təqdim edirik:

1949-cu ilin 4 mayında İtaliyanın Torino klubu qəzaya düşdü. Təyyarənin qəzaya uğraması nəticəsində məşqçilər, futbolçular, klub rəhbərliyi həyatını itirdi. 23 nəfərin ölməsi ilə Torino klubunun qızıl dövrü də başa çatmış oldu. Xatırladaq ki, Torino 40-cı illərdə İtaliyanın ən güclü klublarından sayılırdı.

1958-ci ilin 6 fevralında "Mançester Yunayted” heyətini aparan təyyarə Münhen yaxınlığında qəzaya uğradı. Məşhur heyətdən 8 futbolçu həyatla vidalaşdı.

1969-cu ilin 26 sentyabrındasa bu üzüntünü Boliviya yaşamalı oldu. Stronqest klubunu daşıyan təyyarə Boliviyanın Viloko şəhərində radarlardan itdi. Qəzada 78 nəfər həlak oldu. Həlak olanların 19-u klub heyətindən idi.

Keçmiş sovet vətəndaşlarının, eləcə də azərbaycanlıların unutmayacağı olaysa 1979-cu ildə yaşandı. Özbəkistanın Paxtakor klubunun heyətini aparan təyyara 11 avqustda qəzaya uğradı. 178 nəfər həlak oldu. Həlak olanların 17-si futbolçu idi. Klub heyəti demək olar ki, tamamilə məhv olmuşdu.

1987-ci ilin 8 dekabrındasa Perunun Alianza Lima klubunun olduğu təyyarənin qəzaya uğraması nəticəsində 23 heyət üzvü həyatını itirdi.

20 yanvar 1989-cu ildə Türkiyənin Samsunspor klubunu aparan avtobus qəzaya düşdü. Nəticədə 3 futbolçu, klubun məşqçisi və sürücü hadisə yerində öldü.

1993-cü ildə Zambiya milli komandasının olduğu təyyarə Atlantik okeanı üzərində qəzaya düşdü. Nəticədə yığma komandanın 22 futbolçusu həlak oldu.

2016-cı ildə Kolumbiyada braziliyalı furbolçuları aparan təyyarə qəzaya düşdü. "Chapecoense” klubu yerli Atletiko ilə oyun üçün yola düşmüşdü. Qəzada 71 nəfər həlak oldu. Təyyarədə 22 futbolçu var idi.

Emin Piri