adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
31 Mart 2020 09:35
15770
SİYASƏT
A- A+

Putin və Tramp koronavirus pandemiyasını müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı dövlət başçıları dünyada koronavirusun yayılmasının miqyasından ciddi narahatlıqlarını ifadə ediblər, Rusiya və ABŞ-da bu təhlükə ilə mübarizə üzrə görülən tədbirlər barədə bir-birlərini məlumatlandırdılar: "Bu istiqamətdə iki ölkə arasında daha sıx əməkdaşlıq imkanları müzakirə edilib".

Tərəflər həmçinin dünya neft bazarındakı vəiyyəti, bir sıra ikitərəfli münasibətlərə dair məsələləri də müzakirə ediblər.