adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
30 Mart 2020 23:16
20346
İDMAN
A- A+

Ronaldodan çağırış

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo insanları koronavirus səbəbindən evlərini tərk etməməyə çağırıb.

Qol.az xəbər verir ki, portuqaliyalı hücumçu bu barədə özünün "İnstaqram" səhifəsində yazıb:

"Bu çətin zamanlarda sağlığımız, ailəmiz və sevdiklərimiz üçün minnətdar olaq. Evdə qalın və bizim həyatımızı xilas etmək üçün çalışan səhiyyənin bütün işçilərinə kömək edin".