adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
30 Mart 2020 21:17
31365
KRİMİNAL
A- A+

Mağaza və avtomobillərdən oğurluq edən keçmiş məhkumlar saxlanıldı

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 1 mağazadan 6 ədəd mobil telefon, 2 avtomobildən 2 ədəd videoqeydiyyat qurğusu oğurlamaqda, habelə 1 avtomobildən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – R.Məmmədov və V.Cavadov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların daha 4 avtomobildən pul, mobil telefon və yan güzgülərini oğurlamaları da müəyyən edilib.