adalet.az header logo
  • Bakı 20°C
30 Mart 2020 18:20
14192
DÜNYA
A- A+

Şahzadə Çarlz koronavirusa qalib gəldi

Böyük Britaniya şahzadəsi Çarlz karantindən buraxılıb və özünü yaxşı hiss edir.

"Ria Novosti” bu barədə şahzadənin rəsmi nümayəndəsinə istinadən xəbər verib.

Qeyd edək ki, 71 yaşlı şahzadənin koronavirusa yoluxduğu haqqında məlumat martın 25-də mətbuata sızmışdı.

Koronavirus testlərinin cavabı müsbət çıxan şahzadə karantinə yerləşdirilmişdi.

Hazırda Şahzadə Çarlz Şotlandiyanın Aberdinşir vilayətində yerləşən Birkholl malikanəsində qalır.