adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
30 Mart 2020 18:12
12012
MƏMLƏKƏT
A- A+

Metro stansiyalarının girişlərində istiqamətləndiricilər qoyuldu

"Bakı Metropoliteni” stansiyalarınıngirişində istiqamətləndiricilər qoyulub.

Adalet.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, sərnişin axını çox olan stansiyalarda səs gücləndiriciləri ilə elanlar veriləcək.

Nazirlər Kabineti yanında operativ qərargahın məlumatına əsasən, martın 29-dan "Bakı Metropoliteni”nin iş vaxtı dəyişdirilib. Metropolitenin stansiyaları səhər saat 07:00-dan 09:00-dək, axşam isə 17:00-dan 20:00-dək sərnişinlərin girişinə açıqdır.

"Bakı Metropoliteni” QSC koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması üçün profilaktik tədbirləri ilk günlərdən həyata keçirir və bu istiqamətdə davamlı işlər aparır.

Hazırda "Bakı Metropoliteni”ndə tətbiq edilən hərəkət qrafiki və xüsusən qatarlararası interval mövcud sərnişin axınının tənzimlənmiş qaydada daşınması üçün bütün tələblərə, o cümlədən ara məsafənin qorunmasını təmin etməyə imkan verir.

Lakin bu məsələyə sərnişinlərin də diqqətli olmasına, ən əsası, stansiyalar girişə açılarkən daha nizamlı, daha seyrək hərəkət etməsinə ehtiyac var. Bunu nəzərə alaraq, daha bir nəzarət mexanizmi də tətbiq edilib.

"Bakı Metropoliteni”stansiyalarının giriş sahələrində sərnişinlərin hərəkətini bir qədər də məhdudlaşdırıb tənzimləyən istiqamətləndiricilər qoyulub. Həmçinin, sərnişin axını çox olan bir neçə stansiyada əlavə olaraq, xüsusi səs gücləndiriciləri ilə elanlar veriləcək. Stansiyalarda sərnişinlərə davamlı olaraq, müvafiq tövsiyələrin verilməsi intensivləşdiriləcək.

Sərnişinlərimizi bir daha evdə qalmağa, özünütəcrid prinsiplərinə əməl etməyə, metrodan yalnız kəskin zərurət yaranacağı təqdirdə istifadə etməyə, istifadə edərkənara məsafənin qorunmasına daha diqqətli olmağa çağırırıq.