adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Mart 2020 18:00
19135
İDMAN
A- A+

Tokio Olimpiya və Paralimpiya Oyunlarının vaxtı dəqiqləşdi - RƏSMİ

Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının keçirilmə vaxtı dəqiqləşib.

Bu il keçirilməli olan, lakin koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınan Yay Olimpiya Oyunları iyulun 23-də start götürəcək.

Olimpiada avqustun 8-dək davam edəcək.

Paralimpiada isə avqustun 24-də başlayıb, sentyabrın 5-də bitəcək.

Qeyd edək ki, öncədən Tokio-2020-nin bu il iyulun 24-dən avqustun 9-dək keçirilməsi planlaşdırılmışdı.