adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Mart 2020 17:12
8786
SAĞLAMLIQ
A- A+

Azərbaycanda koronavirusa görə karantində saxlanılanların sayı dörd mini ötdü - RƏSMİ

Azərbaycanda bu günə qədər koronavirus şübhəsi ilə karantinə yerləşdirilənşəxslərin sayı açıqlanıb.

Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Qeyd edilib ki, ölkədə müxtəlif karantin zonalarına yerləşdirilən 4085 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Son günlər Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarının artım dinamikası həm xaricdən qayıdan çoxlu sayda vətəndaşlarımızda virusun aşkarlanması, həm də ölkə daxilində bir-birini yoluxdurma hallarının artması ilə bağlıdır.