adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Mart 2020 15:33
12042
HADİSƏ
A- A+

Şamaxıda ölümlə nəticələnən yol qəzası olub

Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, martın 28-də saat 18 radələrində Şamaxı rayonunun Şirvan kəndi ərazisində Bakı şəhər sakini Elvin Abbasov idarə etdiyi "Hyundai” markalı avtomobili yolun kənarıdakı dirəyə vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.