adalet.az header logo
  • Bakı 7°C
31 Mart 2020 08:24
58351
ŞOU-BİZNES
A- A+

Bizim müğənnilər, hardasınız?- Murat Bozdan nümunə götürün!

Hər toy və el şənliklərində 3 mahnını 4-6 min manata oxuyan və hazırda inomarkalara, villalara, saysız varidata sahib olan kifayət qədər müğənnilərimiz var. Bəli, onlar xalqdan qazanıblar. Amma bu günə qədər onların hec olmasa biri 3-4 ailəni himayəyə aldığını eşitmədik, görmədik. Təəssüflə bunu düşündüyüm zamanda qonşu ölkədən aldığım xəbərlərbu yazını yazmağaməni məcbur etdi.

Adalet.az xəbər verir ki, aktyor Can Yamandan sonra müğənni Murat Boz da ailələrin qida ehtiyacını ödəyəcək.

Bu barədə müğənni Haluk Ləvənt məlumat yayıb: "Dayanışma günləri” kampaniyamıza Murat Boz da qoşuldu. Zəng edib dedi ki, 1000 ailənin 2 aylıq qida ehtiyacını ödəyəcək. Murat Boza təşəkkür edirik”.

Qeyd edək ki, 1000 ailənin qida ehtiyacını ödəmək üçün müğənni 280 min lirə xərcləyəcək.Bundan başqa futbolçu Caner Erkin 1000, Hakan Balta 706, Seda Sayan 360, Aras Bulut İynemli 100, Hande Yener 100, Gülben Ergen 50, Can Yaman 50, Onur Saylak 20, Derya Uluğ 30 ailənin iki aylıq bütün qida ehtiyaclarını öz üzərinə götürüb.

Əntiqə Rəşid