adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
31 Mart 2020 08:30
126527
ƏDƏBİYYAT
A- A+

Kişilərə nifrət edən, amma evlənən lezbiyan yazıçı...

Çox az yazıçının belə təmiz, hörmətli nəsil şəcərəsi olur. Virciniya Vulf da belələrindəndir. Atası cəmiyyət içində hörmət olunan avtobioqrafiya yazarı və redaktor idi. Xaç atası isə şair Ceyms Rassel idi. Anası isə əsilzadə soyundandır. Kraliça Mariya Antunettanın nəslindəndir. Vulf uşaq olarkən evlərində dövrün məşhur sənət və incəsənət adamları qonaq oldu. Onların arasında Eliot, Henri Ceyms və başqa məşhurlar vardı.

Həyat həmişə gözlənildiyi kimi xoş keçmir. Uşaq yaşlarında Vulf və bacısı ögey qardaşları tərəfindən təcavüzə uğradı. Anaları 1895-ci ildə qripdən vəfat etdi. Ailədəki faciəvi ölüm bununla da bitmədi, 1897-ci ildə ögey bacıları öldü. Vulf ögey bacısının ölümünə "bu ikinci ölüm məni məhv etdi” deyirdi. Stellanın ölümünün yaşatdığı stres onu hər zaman izlədi.

Vulf panik-atak xəstəsi idi. O dövrdə kimsə buna anlam verə bilmir, Vulfun davranışını dəlilik halları kimi qiymətləndirirdilər. 1904-cü ildə atasının vəfatı bunun zirvə nöqtəsi oldu. Yazıçı saatlarla öz-özünə danışır, romanını bitirməyə az qalmış isə dəliyə çevrilirdi. Bir dəfə 48 saat dayanmadan öz-özünə danışmışdı. Bu hərəkəti onu utancaq biri kimi tanıyanları təəccübləndirmişdi.

Vulf lezbiyan idi. Gənc yaşlarında kişilərlə münasibəti olsa da sonradan kişiləri qadınlar əvəz etməyə başladı. Yeniyetməlik yaşlarında özündən 17 yaş böyük olan ailəvi dostları Dikkinsondan xoşlanmağa başladı. O, məktublarında Dikkinsona cinsəl məzmunlu qeydlərə yer verirdi. Bir dəfə ona "Kaş ki, kenquru olaydın, balaca kenquruları daşımağa da bir kisən. Kim bilir, içində nə fırtınalar, çılğınlıqlar var” yazmışdı. Vulfun Dikkinsonla cinsəl münasibət yaşaması məlum deyil, amma Orlando romanına ilham verən Seksvil ilə uzun müddət münasibəti oldu.

Hər nə qədər lezbiyan olsa da Vulf evlənmişdi. Onun həyat yoldaşı çox intelektual biriydi. Vulf Leonard ilə birlikdə Bloomsbury ədəbiyyat klubunu qurdu. Onun iki şeydən zəhləsi gedirdi: Yəhudilər və kişilər. Çox maraqlıdır ki, əri Leonard yəhudi idi. Vulf ilə sevişməyə çalışan Leonard bununçün çox zəhmət çəkdi. Bir neçə illik cəhdlərindən sonra bu istəyindən vaz keçdi. Cütlük ədəbiyyat tarixinin ən qəribə evliliklərindəndir.

Vulf və Leonardın maraq göstərdiyi ortaq cəhətlərindən biri də intihar idi. Dünyanın bir cəhənnəmə doğru sürükləndiyini düşünürdülər. Onlara görə bu cəhənnəmin cəzasını sosialist yəhudilər və feminist lezbiyanlar çəkəcəkdi. Bunu görməməkçün qarajlarında ehtiyat benzin saxlayırdılar. Bu cür hallarda özlərini yandırıb intihar etməkçün. Bundan əlavə öldürücü dozada morfi də ehtiyat "silahları” sırasında idi. II dünya müharibəsi başlar-başlamaz Vulfun gümanları özünü doğrultmağa başladı. Depressiyaya düşən yazıçı son romanını yazarkən Londondakı evi iki dəfə bombalandı və dağıldı. Vulf 28 martda əri və qızına məktub yazaraq evi tərk etdi. Ouse çayının sahilində ağırlıq etməsi üçün cibinə daşlar yığdı. Özünü suların qoynuna buraxaraq intihar etdi. Cəsədi üç həftə sonra tapıldı.

Vulf heyvanları çox sevirdi. Onun sincabı, ipək meymunu və siçanı var idi. Yazıçı ətrafındakı insanlara da heyvan adları qoyurdu. Bacısı Vanessaya delfin adını uyğun bilmişdi. Bacısı isə ona keçi deyirdi. Yazıçının ilk məqaləsi də it üçün yazılan ölüm elanıydı.

Vulf uşaq olarkən məşhur heykəltaraş Rodinlə mübahisəsi düşmüşdü. Dostlarıyla heykəltaraşın emalatxanasını ziyarət edən yazıçıya üstü örtülmüş büstlərə toxunmamağı xəbərdarlıq edilmişdi. Bunlara fikir verməyən Vulfun ilk işi qadağan olunan heykəllərə toxunmaq və üstlərini açmaq oldu. Bundan əsəbləşən Rodin onun yanağına sillə ilişdirmişdi.

Depressiv vəziyyətinə baxmayaraq yazıçı zarafatlarından da qalmırdı. Britaniya donanmasını ələ salan yazıçının zarafatı çox məşhurlaşdı.

1910-cu ildə kral donanmasını ələ salan 6 nəfərdən biri idi. Onların arasındakı tək qadınıydı. " Dretnot zarafatı”nın əsas qayəsi donanmanı yoxlamağa gələn səlahiyyətlilərə inandırmaq yönündə idi. Vulf və dostları gəmi heyətini inandırmaq üçün kirayəyə geyimlər götürdülər, makyaj etdilər. Gəmidəkilərə svaxi dilində yazılmış buraxılış sənədi göstərdilər. Həyəcanlarını göstərmək üçün "bunqa, bunqa” deyə qışqırdılar. Bu "afrikalılar” gəmidən çıxmamışdan öncə bəzi zabitlərin sinələrinə medal taxmağı belə unutmadılar. Bu hərəkətlərindən sonra etdiklərini Britaniya mətbuatında tirajladılar. Hadisə orduda bomba effekti yaratdı. Əhali və jurnalistlər arasında böyük dəstək görən bu hadisədən sonra "bunqa, bunqa” deyimi xalqın şüarına çevrildi.

Bacısının ayaq üstdə durarkən rəsm çəkməsindən ilham alan yazıçı bütün əsərlərini ayaq üstdə yazdı.

1926-cı ildə məşhur yazıçı Tomas Hardini evində ziyarət edən Vulfun bu görüşü heç də planladığı kimi getmədi. Tomas ədəbiyyat müzakirələrinə həvəsli deyildi. Görüşün sonunda Vulf üçün kitab imzalayan Hardi yazıçının adını səhv yazmışdı. Bundan əsəbləşən Vulfun stresi bir neçə günə ötüb keçdi.

Heyvanları çox sevən yazıçı " it həyatı”na dair avtobioqrafik əsər də yazmışdı. Bu əsər ilk altı ayda 19.000 nüsxə satıldı. Onun ən çox satılan kitabına çevrildi.

Tərcümə etdi: Emin Piri