adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Mart 2020 12:38
38908
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: KƏSDİYİM ŞƏRT

Dərdləri boyuma biçim
Çəkmisən məni ortaya...
Mən heç, bir azca rəhm elə -
Qoyma, dərdlərim qartıya...

Üstümə uyğun gəlsədə
Demirəm saxla, nimdaş. et...
İlahi, dərdlərlə məni -
Düşmən yox,sən dost- sirdaş et!..

Qoşulub zaman selinə
Özümü axıdım dərdlə...
Əlimi verdim əlinə -
Dərdlərin, mən bircə şərtlə!

Söykənib kürək-kürəyə
Yaşayaq, ömür nədisə...
Dəyməsin , təkcə ürəyə -
Başqa... göz üstə, nə desə!