adalet.az header logo
  • Bakı 20°C
29 Mart 2020 22:13
12124
HADİSƏ
A- A+

Goranboyda birmərtəbəli ev yanıb

Goranboy rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, rayonunun Bağçakürd kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.