adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 Mart 2020 19:39
11497
MƏMLƏKƏT
A- A+

“Azərişıq” ASC-dən abonentlərin incidilməsi ilə bağlı ittihamlara RƏSMİ CAVAB + FOTO

"Azərişıq” ASC-nin əməkdaşlarının ölkədə yaşanan mövcud vəziyyəti nəzərə almadan abonentləri incitdiyi iddia edilir.

Oxu.Azxəbər verir ki, bu barədə vətəndaşlar sosial şəbəkədə paylaşım ediblər.

Fuad Kərimli adlı istifadəçi bu aya qədər "Azərişığ”a borcu olmadığını deyib. Vətəndaş iddia edir ki, qurum əməkdaşları ona və binadakı digər sakinlərə elektrik enerjisinin verilişini dayandırıb:

"#Evdəqal şüarı altında insanlara yaxşı dəstək olurlar. Binəqədi rayonu Sulutəpə-Çiçək qəsəbəsində yaşayıram. Dünən binanın kommendatı zəng vurub dedi ki, qurum əməkdaşları işığını kəsir. Dekabrın 25-dən qolum sınıb, əməliyyat olunmuşam. İşə çıxmıram. Üçaydır evdəyəm. Bu aya qədər borcum olmayıb. Amma bu çətin vəziyyətdə bu cür davranmaqları insafsızlıqdır”.

Haldun Novruzzadə adlı istifadəçi isə iddia edir ki, qurum əməkdaşları "Azərişıq” ASC-nin təlimatı əsasında, abonentlərin mart-aprel ayı üzrə elektrik sərfiyyatına olan borclarının təcili ödənilməsini tələb edirlər:

"Tapşırıq verilib ki, borcu olanabonentlərdən təcili ödəniş alınsın. Kim işıq pulunu vermir, dərhal işığı kəsilsin. Hətta ərazidə işıq pulunu tam yığan işçiyə 600 manat bonus da vəd edilir. Qurum insanlara dəstəkolmaqyerinə, daha da incidir”.

"Azərişıq”ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi MustafayevOxu.Az-a açıqlamasında yayılan məlumatlara münasibət bildirib. Onun sözlərinə görə, mart-aprel aylarında abonentlərdən ödənişlərin təcili surətdə yığılması ilə bağlı iddialar əsassızdır:

"Sosial şəbəkədə, bəzi kütləvi informasiya vasitələrində bu məsələ ilə bağlı qeyri-dəqiq informasiyalar paylaşılıb. Qurum rəhbərliyi tərəfindən elə bir təlimat verilməyib. "Azərişıq” ASC hər bir istehlakçısını dayanıqlı, keyfiyyətli elektrik enerjisi ilə təmin edir. Bu günlərdə isə biz də bütün qurumlar kimi gücləndirilmiş iş rejimində çalışırıq. Abonentlərin elektrik enerjisinə olan borcları onlayn qaydada həyata keçirilir. Hətta elektrik sərfiyyatına olan borcunu ödəyə bilməyənlərə, sosial durumu yerində olmayanlara şərait yaradırıq. Onlar ödənişləri hissə-hissə köçürə bilir.

Bundan başqa, 65 yaşdan yuxarı şəxslər, evdən çıxmağa şəraiti olmayan abonentlərimizə isə əməkdaşlarımız tərəfindən zəruri yardım göstərilir. Bu ay ödəniş edə bilməyən abonentlərə növbəti ayda ödəmək şansı yaradılır. İstifadə olunmuş enerji haqları onlayn qaydada ödənilir, bu barədə problem yoxdur. Bütün abonentlərimizə də təşəkkür edirik.

Nəzərinizə çatdırım ki, hazırda Nazirlər Kabineti tərəfindən qəbul edilən qərarlara uyğun şəkildə tədbirlər görülür. Bundan sonra da qəbul edilən qaydalara "Azərişıq”ASC tərəfindən operativ qaydada riayət olunacaq”.