adalet.az header logo
  • Bakı 7°C
31 Mart 2020 08:07
28373
ŞOU-BİZNES
A- A+

Xalq artisti koronavirusu alqışladı: “Təbiət öz qucağını necə də gözəl təmizlədi”

Bəzən yaş üstünə yaş gələndə insanlarda müxtəlif proseslər başlanır. Məsələn , elələri var yaşlandıqca müdrikləşir, sözünün sanbalı artır, ağbirçək olur. Elələri də olur ki, necə deyərlər, yaşlanmaq ona düşmür. Normal prosesin tamamilə əksinə gedir.

Xalq artisti Brilliant Dadaşovaya da yaşlanmaq yaramayıb. Bu dəfə də bu proses özünü biruzə verib. Axı oxucularımızın bir coxu yaxşı bilirlər ki, doğum təvəllüdü 1959-cu il olan məşhur müğənnimiz özünü gəncləşdirmək ücün sənəddə 1965-ci ilyazdırıb. Yəni, tamı-tamına 61 yaş. Bunu xalq artisi Faiq Ağayev də müsahibələrində dəfələrlə qabardıb.

Xülasə, sevilən müğənni yenə qalmaqallı fikirlərlə gündəmə gəlib.

Adalet.az xəbər verir ki, Briliant "Instagram” hesabında bu sözləri paylaşıb:

"Təbiət öz qucağını necə də gözəl təmizlədi – Pis insanlardan, şər və böhtandan, günahsız uşaqları qətlə yetirənlərdən, tərbiyəsizlərdən, Allahı inkar edib, ətrafa pislik yayanlardan. Küçələr bomboş...

Təbiət bir az nəfəs almaq istəyir. Az da olsa... Ümid edirəm ki, məni izləyənlər dünyasını dəyişənlərdən bəhs etdiyimi düşünəcək qədər cahil deyillər”.

Qeyd edək ki, bu sənətçinin böyük qalamaqala səbəb olan ilk hərəkət deyil. O, ötən il erməni qarmon ifaçısı Varujan Şahbazyanın yayımladığı videoya "Super” şərhini yazmışdı. Erməni musiqiçi isə ona "Sağ ol, əzizim” cavabını vermişdi. Məlum olmuşdu ki, bu B.Dadaşovanın onun ifasına ilk reaksiyası deyil. Varujanın bir çox paylaşımının altında müğənnimizin şərhləri, əla və ürək işarələri ortaya çıxmışdı.

P.S. Zənnimizcə, nəinki Azərbaycanın, hətta bütün planetin koronavirus kimi böyük bir bəla ilə üzləşdiyi çətin bir dönəmdə (ölkəmizdə də ölənlər olduğu məlumdu) xalq artistinin, bir anananın, bir qadının, bir insanın ürəyindəkiləri bu formada ifadə etməsi düzgün deyil.

Əntiqə Rəşid