adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
29 Mart 2020 16:25
38548
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: MƏN SƏNƏ

Necə sevdiyimdən başqa

Nə vardı - dedim mən sənə...
Can qurban etməyin yolun -
De, qurban edim mən, sənə!..

Kiməmki? - adicə bəndə
Nur gəzdim, nur tapdım səndə!
Dilimi batırıb qəndə -
Yüyürüb , yetim mən sənə..

Mənimçün ocaqsan, pirsən
Tanrımın özü tək birsən!
Nə zaman icazə versən -
Qoy Həcə gedim mən, sənə!

Ürək yandıran ünümlə
Bəlli halımla,günümlə...
Xoşbəxtlik adlı zülümlə -
Verim, bir idim mən sənə!