adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Mart 2020 09:14
91618
ŞOU-BİZNES
A- A+

Karantin dövründə Ruhi övladları ilə -“Evdəqal”...

Milyarder İlham Rəhimovun keçmiş məşuqəsi, müğənni və biznes-ledi, tanınmış iş xanımı Ruhi Əliyeva karantin dövründə övladları ilə vaxtını necə keçirməsini sosial şəbəkə hesabında paylaşıb; "Bilirsiniz ki, istər uşaqlar, istər də böyüklər üçün idman həyatın ayrılmaz bir parçası olmalıdır. Biz də çalışırıq ki, #evdəqal müddətində idmanla məşğul olaq, bu dövrü sağlam şəkildə dəyərləndirək.

Məhəmmədlə mən basketbolu çox sevsək də Həsən futbolu daha çox sevir. Ona görə üçümüz ayrı oynamalı oluruq.

Əzizimlərim, çox adam məndən soruşur ki, uşaqlarınızın üzünü niyə bağlayırsınız? Çünki onlar hələ balacadırlar, böyüdükdə narazı ola bilərlər. Buna görə də qərarı onların özlərinə buraxıram. Özləri böyüyəndə necə istəyirlər elə edərlər. Övladlarımızın fikrinə hörmətlə yanaşmalıyıq.


Allah bütün balaları qorusun!"

Xatırladaq ki, uşaqların atası İlham Rəhimov Moskvadakı nəhəng "Food City" də daxil olmaqla çoxsaylı kommersiya daşınmaz əmlakın-otellərin, bazarların, ticarət mərkəzlərinin və s. sahibidir. Onun biznes ortaqları Qubadan olan milyarderlər Qod Nisanovla Zarah İliyevdir.

Adalet.azxəbər verir ki, Ruhi Əliyeva İnstaqramda övladları ilə fotosunu da paylaşib.

Həmin fotoları sizə təqdim edirik:

Əntiqə Rəşid