adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Mart 2020 09:01
32534
ŞOU-BİZNES
A- A+

Kraliça Səmra küçədə rəqs elədi: “Şahzadə karantində...” - VİDEO

Bütün dünyanın, bütün xalq və dövlətlərin hamısında koronavirus təhlükəsi, karantin həyəcanı yaşandığı bir zamanda bizim bəzi şou nümayəndələrimiz şou göstərməkdən çəkinmirlər.

Adalet.az xəbər verir ki, Avroviziya təmsilçilərimizdən olan Səmra Rəhimli "Instagram” hesabında küçədə rəqs etməsinipaylaşıb.

Səmra boş qalan Bakı küçələrində rəqs edib. O, rəqsini "Onlar adımı bilir, amma məni tanımırlar. Şahzadə... Karantində” şərhi ilə paylaşıb.

Müğənninin hərəkəti izləyiciləri tərəfindən tənqidlə qarşılanıb. Hamı onu evdə qalmağa səsləyib.

Bundan sonra Səmra paylaşımının şərhini dəyişərək belə yazıb:

" İki ay əvvəl parklara, küçələrə ancaq video və şəkillərdə baxacağımız ağlımıza gəlməzdi. Koronavirusdan dünya xilas olsun, çıxaq gəzək”.

Qeyd edək ki, müğənni Samir Bağırovun Səmranın ünvanına yazdığı "Diva! Hazır ol əzizim, bu titul sənin olacaq” sözləri qalmaqal yaratmışdı. Səmra Samirə cavab olaraq daha maraqlı bir paylaşımı ilə də yadda qalmaşdı:"Mən "diva” olmaq istəmirəm. Pərəstişkarlarım mənə "Queen Samra” ( Kraliça Səmra) deyir. Mən elə "queen” qalmaq istəyirəm”.

Əntiqə Rəşid