adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Mart 2020 09:05
17603
DÜNYA
A- A+

Türkiyə HHQ İraqın şimalında 8 terrorçunu zərərsizləşdirib

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında 8 PKK terrorçusunu zərərsizləşdiriblər.

Adalet.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, terrorçuların zərərsizləşdirilməsi üzrə əməliyyat Metina rayonunda həyata keçirilib.

Qeyd edilir ki, İraqda əməliyyatlar davam etdirilir.