adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
28 Mart 2020 21:53
15725
DÜNYA
A- A+

Türkiyədə koronavirusdan ölənlərin sayı 108 nəfərə çatıb

Türkiyədə yeni növ koronavirusdan (COVİD-19) daha 16 nəfər dünyasını dəyişib.

Bu barədə ölkənin Səhiyyə Naziri Fahrettin Koca öz "Twitter" səhifəsində paylaşıb.

Məlumata əsasən, bu gün Türkiyədə 7641 koronavirus testi keçirilib və onlardan 1704-nün nəticəsi müsbət olub. Ölkədə koronavirusdan ölənlərin ümumi sayı 108 nəfər təşkil edir.

Türkiyədə koronavirusa yoluxanların ümumi sayı 7402 nəfərə çatıb, 70 nəfər isə xəstəlikdən sağalıb.