Nazirlik “Böyüklərimizə qayğı ilə!” adlı daha bir videoçarx hazırladı - VİDEO
Yaşı 65-dən yuxarı tənha şəxslər bu gün evlərində ehtiyac duyduqları sosial məişət xidmətləri ilə təmin olunurlar. Bunun üçün istənilən vaxt Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət işçilərinin və könüllülərin dəstəyindən faydalana bilirlər.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, onlara istəkləri öyrənilməklə, ev işlərində, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. zəruri kömək göstərilir.
Hazırda tənha yaşayan 10 mindən çox yaşlı vətəndaş sosial məişət xidmətləri ilə əhatə olunub.
Bu mövzuda Nazirliyin hazırladığı "Böyüklərimizə qayğı ilə!” adlı videoçarxı təqdim edirik:
Digər Xəbərlər
18 Aprel 2024 10:58
Naxçıvanın su ehtiyatlarının həcmi açıqlandı
18 Aprel 2024 10:13Şənbə günü Bakıda iməcilik keçiriləcək
17 Aprel 2024 12:56Sabah 28° isti olacaq
17 Aprel 2024 12:24Azərbaycanda ailə məhkəmələrinin yaradılması təklif olunur
17 Aprel 2024 12:16