adalet.az header logo
  • Bakı 22°C
28 Mart 2020 18:32
16079
DÜNYA
A- A+

Koronavirusdan sağalmağının şərəfinə şənlik keçirdi, yenidən yoluxdu

Pakistanın Ravalpindi şəhərində koronavirus xəstəliyinə qalib gələn şəxs ehtiyatsızlığının qurbanı olub.

Thebbcghana.com saytı xəbər verir ki, iki həftə müddətində COVID-19 virusu ilə mübarizə aparan gənc pandemiyaya qalib gəlib və həkimlər onu evə buraxıblar.

Koronavirusdan yaxa qurtaran şəxs bu münasibətlə dostlarını evinə dəvət edərək, şənlik keçirib. Bir neçə gündən sonra şiddətli öskürəkdən əziyyət çəkən gəncdən koronavirus testi götürülüb və analizin cavabları müsbət çıxıb.

Hazırda aidiyyatı qurumlar şənlikdə iştirak edən digər şəxslərin saxlanılaraq, karantinə yerləşdirilməsinə çalışırlar.