adalet.az header logo
  • Bakı 20°C
28 Mart 2020 10:45
23322
SİYASƏT
A- A+

Deputatların heç birində koronavirus aşkarlanmadı – RƏSMİ

Milli Məclisin deputatlarının koronavirus təhlükəsi ilə əlaqədar keçdikləri həkim müayinələrinin nəticələri açıqlanıb.

Bu barədə Azərbaycan parlamentinin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.

O bildirib ki, deputatların analizlərinin cavablarının hamısı neqativ çıxıb, yəni onların heç birində koronavirus aşkarlanmayıb.

Qeyd edək ki, martın 30-da Milli Məclisiniclası keçiriləcək. Parlament sədri Sahibə Qafarovanın göstərişi ilə deputatlar iclas zalında bir-birindən iki metr aralıda oturacaqlar.