adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Mart 2020 21:26
10475
MƏMLƏKƏT
A- A+

Azərbaycanda koronavirusa yoluxanlar TV-lərə danışdılar - VİDEO

Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları Bakıdakı xəstəxanalardan birində, koronavirusa yoluxmuş şəxslərin saxlanıldığı Xüsusi təhlükəli infeksiya şöbəsindən reportaj hazırlayıblar.

Trend-in məlumatına görə, TV əməkdaşları xüsusi geyimlərlə şöbədəki xəstələrlə görüşüb, onlarla həmsöhbət olublar. Videosüjet AzTV-nin yeni layihəsi olan "#Evdəqal" verilişində yayımlanıb.

Qeyd edək ki, REAL TV də koronavirus xəstələrinin saxlanıldığı Xüsusi karantin xəstəxanasından reportaj hazırlayıb.

Trend oxuculara həmin reportajları təqdim edir.