adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Mart 2020 15:44
11460
MƏMLƏKƏT
A- A+

Bulvar ərazisinə daxil olmaq qadağan olunub? - AÇIQLAMA

"Ağ Şəhər bulvarı ərazisinə vətəndaşların daxil olmasına qadağa qoyulmayıb”.

Bu barədə açıqlamasında Bakı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Günay YelmarqızıDənizkənarı Bulvar ərazisinə vətəndaşların daxil olmasınınqadağan edilməsinə dair sosial şəbəkələrdə yayılan məlumata münasibət bildirərkən deyib.

O qeyd edibki, əraziyə yalnız avtomobillərin daxil olması qadağandır:

"Bulvar ərazisində iki parkinq var. Bütün maarifləndirici tədbirlərə baxmayaraq, əraziyə avtomobillər yaxınlaşır. Burada xidmət göstərən polis əməkdaşları məhz avtomobillərin əraziyə daxil olmasının qarşısını alır. Artıq iki gündür ki, buparkinqlərin bağlanmasına qərar verilib. Bu da Nazirlər Kabinetinin qəbul etdiyi müvafiq qərara uyğun olaraq, atılan addımdır.

Piyadaların bulvar ərazisinə daxil olması qadağan edilməyib. Bu məlumat həqiqəti əks etdirmir. Sadəcə olaraq, polis əməkdaşları insanlara yaxınlaşaraq, toplu şəkildə hərəkət etməməyi, ara məsafəsini gözləməyi, maska və əlcəklərdən istifadə etməyi tövsiyə edirlər. Təbii ki, ən doğrusu ehtiyac olmadığı təqdirdə evdən bayıra çıxmamaqdır”.(oxu.az)