adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
26 Mart 2020 17:55
11874
MƏMLƏKƏT
A- A+

Bakıda icazəsiz dezinfeksiya işi aparan şəxs cəzalandırıldı - YENİLƏNİB

Suraxanı rayonu Qaraçuxur qəsəbəsində ödənişlidezinfeksiyaişi aparmaq istəyən şəxs cəzalandırılıb.

Bu barədə Aqrar Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılıb və məlum olub ki, Suraxanı Rayon Bələdiyyəsi tərəfindən Agentliyin hazırda məzuniyyətdə olan əməkdaşı özəl obyektdə dezinfeksiya işlərinin aparılmasına dəvət olunub:

"Agentlik koronavirusa qarşı mübarizə ilə bağlı dezinfeksiya işlərinin aparılması sahəsində xidmət göstərmir. Baytarlıq İdarəsinin əməkdaşı hansı məqsədlə dezinfeksiya işinin aparılmasına dəvət olunduğuna və bu prosesdə icazəsiz iştirakına aydınlıq gətirməyib.

Araşdırma zamanı Suraxanı bələdiyyəsi tərəfindən dezinfeksiya işinə cəlb olunan əməkdaş, Aqrar Xidmətlər Agentliyinin xidmət reqlamentini və daxili nizam-intizam qaydalarını kobud şəkildə pozduğuna görə cəzalandırılıb”.

Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyinin Əsasnaməsinə uyğun olaraq Agentliyin Baytarlıq İdarəsi yalnız heyvandarlıq təsərrüfatlarında profilaktik dezinfeksiya işləri aparır.

Xatırladaq ki, ötən gün sosial şəbəkədə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində obyektlərin dezinfeksiya edilməsi qarşılığında vətəndaşlardan 50 manat pul tələb edildiyinə dair videogörüntülər yayılmışdı.

25 mart, 17:08

"Suraxanı Rayon İcra Hakimiyyəti dezinfeksiya xidməti aparmaq üçün pul tələb edə bilməz. Bu məlumatlar əsassızdır”.

Oxu.Azxəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə icra strukturları və bələdiyyə əməkdaşlarının Qaraçuxur qəsəbəsindəki özəl obyektdən dezinfeksiya xidməti göstərdiyinə görə pul tələb etməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Məlumata görə, rayon icra hakimiyyəti strukturları özəl obyektlərdə dezinfeksiya fəaliyyəti ilə məşğul deyil:

"Bu gün Bakı şəhərində bir çox özəl və ya təsərrüfat hesablı müəssisələr var ki, onlar dezinfeksiya sahəsində pullu xidmət göstərirlər. Bu, yalnız özəl obyektləri əhatə edir.

Qeyd edilən fakt tərəfimizdən araşdırılıb və məlum olub ki, insident baş verən ərazidə əsasnaməsinə uyğun olaraq pullu xidmətlər göstərən Aqrar Xidmətlər Agentliyinin Baytarlıq İdarəsinin Suraxanı rayon sahəsinin əməkdaşları olublar.

Bildiririk ki, rayon icra hakimiyyəti strukturları dövlətin balansında olan binaların, onların giriş bloklarının, liftlərin, həyətlərin, park və küçələrin dezinfeksiyası ilə məşğuldur və bunun müqabilində heç bir ödəniş tələb edilə bilməz”.