adalet.az header logo
  • Bakı 18°C
26 Mart 2020 17:49
17311
DÜNYA
A- A+

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Dünyanın 41 dövlətində üç milyard insan bu və ya digər səviyyədə təcrid vəziyyətindədir.

Bu, "Sky News”un hesablamalarından sonra bəlli olub.

Məlumata görə, 1,5 milyard insan sərt karantin vəziyyətindədir. Məsələn, İtaliyada və Avropanın bir sıra digər ölkələrində evdən çıxmaq cərimə ilə nəticələnir.

Bildirilir ki, 35 ölkədə martın sonuna qədər məktəblərbağlanıb. Bir sıra ölkələrdə kütləvi tədbirlər ləğv olunub.

Çində isə son həftə ərzində məhdudiyyət tədbirləri zəifləyib.

ABŞ-ın Con Hopkins Universitetinin son məlumatlarına görə, dünyanın 196 ölkəsində 480,4 min yoluxma halı qeydə alınıb. Yoluxanlardan 115,8mini sağalıb, 21,5 mini ölüb.