adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
26 Mart 2020 15:47
9505
MƏMLƏKƏT
A- A+

Bakı bulvarı dezinfeksiya olundu - VİDEO

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Dənizkənarı Milli Parkda dezinfeksiya işləri aparılıb.

Baku.Tv xəbər verir ki, səhər saatlarından başlayaraq, iri və xırda həcmli texnikalar vasitəsilə bütün bulvar ərazisi xüsusi məhlullarla yuyulub.

Ərazidəki oturacaqlar, məhəccərlər, işıq dirəkləri, əl tutacaqlarına qədər hər yer dezinfeksiya edilib. Bulvar ərazisində dezinfeksiya işləri davamlı şəkildə həyata keçiriləcək.

Nazirlər Kabineti Yanında operativ qərargahın qərarlarına uyğun olaraq, bulvardakı bütün iaşə obyektlərinin, attraksionların, avtomobil dayanacaqlarının fəaliyyəti dayandırılıb. Məqsəd havaların istiləşməsi ilə əlaqədar, bulvara insan axınının qarşısını almaqdır.