adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 Mart 2020 10:27
26415
SİYASƏT
A- A+

G7 ölkələri koronavirusa qarşı mübarizə üçün görüşdü

G7 ölkələrinin Xarici İşlər nazirləri martın 25-də axşam saatlarında koronavirusa qarşı mübarizədə səylərin birləşdirilməsi məqsədilə görüşüblər.

Buzzfeed.com xəbər verir ki, konfrans ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində keçirilməli olsa da, pandemiya təhlükəsinə görə videokonfrans şəklində baş tutub.

Bildirilir ki, nazirlər antivirus tədbirləri ilə bağlı əldə olunan təcrübənin mübadiləsi, sərhəd nəzarətinin təşkili, dərman və vaksinlərin birlikdə hazırlanması, koronavirusun yayıldığı ölkələrə yardım göstərilməsi təşəbbüsü ilə çıxış edəcəkləri barədə razılığa gəliblər.