adalet.az header logo
  • Bakı 6°C
25 Mart 2020 23:53
34146
İQTİSADİYYAT
A- A+

Azərbaycanda bu vəzifəli şəxslər məzuniyyətə çıxanda əlavə müavinət alacaq

Vergi orqanlarının vəzifəli şəxslərinə əsas məzuniyyətə çıxarkən ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində müavinət ödəniləcək.

APA-nın məlumatına görə, bu müddəabu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn sistemlə keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Bu praktika hazırda dövlət qulluğunda çalışan dövlət qulluqçularına tətbiq olunur.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.