Əcnəbilərlə bağlı qanuna dəyişiklik edilir – Onlara da müvəqqəti yaşamaq hüququ veriləcək
Azərbaycanda əcnəbi vətəndaşlara daha bir hüquq verilir.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı Miqrasiya Məcəlləsinə və "Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir.
Dəyişikliyə görə, əcnəbilər Azərbaycanın peşə təhsili məktəblərinə daxil olanda onlara Azərbaycanda müvəqqəti yaşamaq hüququ veriləcək.
Bunun üçün illik rüsum isə 60 manat müəyyən edilib.
Bu zamana qədər isə xarici vətəndaşlar yalnız ali və orta ixtisas məktəblərinə daxil olanda onlara bu hüquq verilirdi.
Dəyişiklik Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.
Digər Xəbərlər
17 Aprel 2024 18:52
Rusiya sülhməramlıları Qarabağı belə tərk edir - VİDEO
17 Aprel 2024 17:35Qarabağda sülhməramlılara ehtiyac yoxdur - Aleksey Juravlev
17 Aprel 2024 17:12Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi
17 Aprel 2024 16:39Hərbi Hava Qüvvələri Naxçıvanda təlim keçirib - VİDEO
17 Aprel 2024 16:10