adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 Mart 2020 23:00
11053
MƏMLƏKƏT
A- A+

Azərbaycanda bu şəxslərin maaşları beş dəfə artırıldı - QƏRAR

Nazirlər Kabineti "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizətədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərar verib.

Nazirlər Kabinetindən verilən məlumata görə, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərinəməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyənedilib:

- tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının üçmisli məbləğində;

- təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının dördmisli məbləğində;

- pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının beşmisli məbləğində.

Göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən iyunun 1-dək olan müddət üçün ödənilir.

Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tapşırılsın ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlbedilən özəl tibb müəssisələri işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərinə, habelə tibbi profilaktik tədbirləri həyata keçirən işçilərin əhatə dairəsinin müəyyən edilməsinə dair təkliflərini beşgün müddətində hazırlayıb NazirlərKabinetinə təqdim emək tapşırılıb.

Səhiyyə Nazirliyi və İcbari TibbiSığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının MaliyyəNazirliyi ilə birlikdə bu Qərardan irəli gələn digər məsələləri həll etməlidirlər.

Qeyd edək ki, Nazirlər Kabineti "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin2020-ci il 18 mart tarixli 1947 nömrəli Sərəncamının icrasını təminetmək məqsədilə bu qərarı qəbul edib.