adalet.az header logo
  • Bakı 11°C
25 Mart 2020 22:02
10471
GÜNDƏM
A- A+

Neftçalanın icra başçısı ilk maaşını koronavirusla mübarizəyə bağışladı

Neftçala rayon İcra Hakimiyyəti Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayrılması ilə bağlı qərar verib.

İcra Hakimiyyəti aparatının əməkdaşları və İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikləri bir aylıq əmək haqqlarını könüllü surətdə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədi ilə ianə edib. Maliyyənin ayrılmasında məqsəd koronavirus (COVID-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması, ciddi preventiv tədbirlər həyata keçirilməsinə və pandemiyanın bir çox sahələrinə vurduğu təsirini qismən də olsa qarşılamağa dəstək olmaqdır.

İcra Hakimiyyətindən verilən açıqlamaya görə, COVİD-19 virusunun yaratdığı iqtisadi çətinliklər, eyni zamanda Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq rayon icra hakimiyyəti tərəfindən dezinfeksiya işləri daha geniş miqyaslı görülməyə başlayıb, aztəminatlı ailələrə, tənha insanlara sosial dəstək göstərilməsi, əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi, pandemiyanın yarada biləcəyi digər problemlərin qarşısının əvvəlcədən alınması məqsədilə kompleks tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Prezidentin müvafiq sərəncamına əsasən Mirhəsən Seyidov martın 5-də Neftçala rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.