adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
25 Mart 2020 19:40
15056
DÜNYA
A- A+

Koronavirusa yoluxanların 40 faizində xəstəliyin əlamətləri olmur

İslandiya və Yaponiyada aparılan iki fərqli araşdırma zamanı COVID-19-a yoluxmuş xəstələrin 40 faizində koronavirusun heç bir simptomuna rast gəlinməyib.

"Anadolu” agentliyi xəbər verir ki, 364 000 əhalisi olan İslandiyada "deCode Genetics” şirkəti 10 300 nəfəri test edib.

Testinin nəticələri pozitiv çıxan 218 şəxsdə virusun heç bir simptomlarının olmadığı məlum olub.

İslandiyalı epidemioloq Sorolfur Qudnason test nəticələri pozitiv çıxan bəzi şəxslərdə yüngül soyuqdəymə əlamətlərinin göründüyünü açıqlayıb.

Fərqli virus nümunələrinin genetik ardıcıllığı araşdırılaraq, ölkədə yeni növ koronavirusun ən az 40 mutasiyasının mövcudluğu müəyyən edilib.

Eləcə də, Yaponiyada "Diamond Princess” kruiz gəmisində koronavirusun aşkarlandığışəxslərin 80 faizində virusun heç bir əlaməti özünü göstərməyib və ya çox zəif şəkildə olub.

Tomoqrafiya nəticəsindəvirusun onların ağciyərlərində dəyişikliyə səbəb olduğu müşahidə edilib.

Sərnişinlərin 20 faizində isə virusa yoluxmanınağır simptomları aşkar olunub.