adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
25 Mart 2020 19:33
26945
SİYASƏT
A- A+

Kredit borclarının aqibəti necə olacaq? - VİDEO

Kredit müqavilələrinin ödəmə vaxtı ilə bağlı üç aylıq güzəşt olunması təklif edilir. Bunu bütün dünya edir.

Bu məsələAzərbaycanda reallaşacaqmı və belə olarsa, sözügedən təklif necə tənzimlənəcək?

Baku.tv xəbər verir ki, dünyada koronavirusla əlaqədar investisiya maliyyə təşkilatları tərəfindən qlobal böhran elan edilib. Ticari əlaqələrin zəifləməsi səbəbindən bir sıra ölkələrdə banklar vətəndaşlara güzəştlər tətbiq edir.

İqtisadçı, millət vəkili Vüqar Bayramov deyib ki, digər ölkələrdə olduğu kimi, ölkəmizdə də kredit müqavilələrinin müddəti, eyni zamanda onların ödəmə vaxtı ilə bağlı üç aylıq güzəştlərin edilməsi təklif edilir.

Millət vəkilinin sözlərinə görə, ödənişlərdə üç aylıq güzəştin tətbiqi imkan verəcək ki, özəl sektorda çalışan və koronavirusa qarşı mübarizədə məhdudlaşdırıcı tədbirlərin mənfi təsir etdiyi sektorlarda işləyən vətəndaşlarımızın kredit ödənişlərinin qrafikinə dəyişikliklər edilsin:

"Yəni, üç ay müddətində kredit ödənişlərini edə bilməyən şəxslər bununla bağlı cərimə olunmasınlar. Xüsusən, özəl sektorda çalışan vətəndaşlarımızın ödəmə qabiliyyətində azalmalar var.

Nəzərə alsaq ki, ölkəmizdə kommersiya bank sektorunda iki bank istisna olmaqla digərləri özəlbanklardır, o zaman dövlət bu istiqamətdə birbaşa müdaxilə edə bilmir”.

Millət vəkili bildiribki, bu sahədə də banklara dövlət tərəfindən dəstək verilməlidir.