adalet.az header logo
  • Bakı 16°C
25 Mart 2020 16:00
21180
ŞOU-BİZNES
A- A+

Faiq Ağayev küsülü olduğu müğənnilərdən danışdı: “Onların alnına “loxluq” yazılıb” - VİDEO

"20 il keçib, heç kim çağırışıma cavab vermədi. Dedim ki, qucağımı açıram, heç bir şərtsiz gəlin, barışaq. Kim gəldi? Heç kim. Bir Aygün Kazımova ilə barışdıq”.

Axşam.az xəbər verir ki, bunu Xalq artisti Faiq Ağayev "Söhbətsiz" verilişində deyib.

Müğənni küsülü olduğu həmkarlarından bəhs edib:

"Niyə barışıq əli uzadım? Küsməyə, münasibətlərin pozulmasına səbəbi mən verməmişəm. Biri öz eqosuna, yekəbaşlığına qurban getdi. Birini toya sürpriz qonaq kimi çağırmışdılar, mən proqramda var idim. Qayıtdı ki, yox, qardaş, puldur. Mən də qayıtdım ki, sən 12 illik dostluğu yarım saatlıq pula dəyişirsən? Axırda Faiq Ağayev oxudu və o, pulsuz evə getdi.

Digəritəzə münasibət qururdu, istəmədi gələcək həyat yoldaşının yanında öpüm. Halbukibiz gündə öpüşürdük.Bu isə həyat yoldaşı üçün belə bir tablo yaradıb ki, toxunulmazdır.

Biri də ad günündə idim, hamı başıma yığışmışdı. Gəldi, dönüb salamlaşdım. Bir də baxdım, yoxdur, soruşuram haradadır? Dedilər, küsdü ki, Faiq Ağayev mənə hörmətsizlik etdi. Nə etməli idim? Gedib ayaqqabısını çıxarıb ayaqlarını ovxalamalı idim?

Mənim günahım nədir, onlarla barışım? "Lox”am? Alnıma "loxluq” yazılmayıb. Onların alnına "loxluq” yazılıb”.

Qeyd edək ki, F.Ağayev həmkarları Tünzalə Ağayeva, Zülfiyyə Xanbabayeva və Brilliant Dadaşova ilə illərdir küsülüdür.