adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 Mart 2020 15:14
9544
GÜNDƏM
A- A+

Türkiyəli bloqer oğluna görə Azərbaycana təşəkkür etdi - VİDEO

Məşhur aşpaz Suna Kazımoğlu sosial şəbəkə vasitəsilə evdə qal çağırışı edib.

Trend-in məlumatına görə, hamı kimi evdə olduğunu bildirən bloqer karantinin 4-cü gününü ailəsi ilə birgə keçirdiyini bildirib:

"Bilirsiniz ki, oğlum Nyu-Yorkda oxuyur, təyyarə ilə Azərbaycana gəlib. Hazırda karantindədir. Oğlumla hər gün telefonla danışıram. Vəziyyətindən razıdır, hazırda bütün təyyarə sərnişinləri oteldə karantin rejimindədir. Hər gün hərarətləri ölçülür, yeməkləri verilir, dediyinə görə, onlara çox gözəl baxırlar. Bu qədər diqqət və qayğıya görə Azərbaycana təşəkkür etmək istəyirəm. Test nəticələri neqativ çıxdığı zaman oğlum da yanımızda olacaq. Azərbaycan tədbirləri ən başda və qısa zaman ərzində ələ ala bilib. Deyə bilərəm ki, ən yaxşı tədbir almış ölkələrdən biridir. Bu səbəbdən mənim içim rahatdır, sizin də içiniz rahat olsun. Hər kəsdən xahiş edirəm ki, evdə qalın. Sadəcə özümüzü yox, hamını düşünməliyik. Oğlum üçün çox darıxmışam, ancaq sağlamlığımız üçün ondan bir müddət ayrı qalmağa razıyam”.