adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 Mart 2020 12:26
26366
KRİMİNAL
A- A+

Qonaq ev sahibini doğrayıb zibil qabına atdı, intihar etdi

Tatarıstanın Naberejnıye Çelnı şəhərində zibil torbasında insan bədəninin hissələri tapılıb.

REN TV-nin məlumatına görə, qalıqlar içki yoldaşı tərəfindənöldürülən yerli sakinə aiddir.

İlkin ehtimallara əsasən, Yekaterinburqdan qonaq gələn kişi ilə ev sahibi arasında içki məclisində dava düşüb. Münaqişə zamanı qonaq öz tanışını boğub, sonra isə qulaqlarını və ayaqlarını kəsərək, zibil torbasına yığıb və tullayıb.

Bir neçə gündən sonra ehtimal olunan qatil özü də intihar edib. Onun cəsədi qonşu otaqda tapılıb.

Hadisə ilə bağlı cinayət işinə başlanıb.