adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
25 Mart 2020 09:23
12537
MƏMLƏKƏT
A- A+

Bu il Azərbaycanda ən gəlirli sahələrin adları açıqlandı

2020-ci ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 8,9 faiz artaraq 8 milyard 301,5 milyon manat təşkil edib.

Əhalinin hər nəfərinə orta hesabla 834,0 manatlıq gəlir düşüb. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 7 milyard 475,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 8,3 faiz çox vəsait qalıb.

2020-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 27,8 faiz artaraq 712,1 manat təşkil edib.

Əməkhaqqı neft-qaz sektorunda 3407,6 manat, qeyri neft-qaz sektorunda 653,5 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 608,5 manat, özəl müəssisələrdə isə 845,4 manat olub.