adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 Mart 2020 09:20
14985
DÜNYA
A- A+

Türkiyədə daha 7 nəfər koronavirusdan öldü

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) daha yeddi nəfər vəfat edib.

Bu barədə öz "Twitter" səhifəsində Səhiyyə Naziri Fəhrəddin Qoca yazıb.

Onun sözlərinə görə, ölkədə 343 yeni infeksiyaya yoluxma halı qeydə alınıb.

Beləliklə, koronavirus qurbanlarının ümumi sayı 44 nəfərə çatıb, yoluxma hadisələrinin sayı 1872 olub.