Britaniyada oğru cinayət törətdiyi yerdə yatıb qalıb
Britaniyanın Kent qraflığında yerləşən Kenterberi şəhərində oğru cinayət törətdiyi dükanda yatıb qalıb.
"Daily Star” xəbər verir ki, yerli sakin dükanlardan birinin qapısının qırıldığını görərək bu haqda polisə müraciət edib.
Hadisə yerinə gələn polis əməkdaşları dükanda yatan 26 yaşlı Uilyam Uilletti aşkar ediblər.
Onun yanında bıçaq və oğurlanmış mallarla dolu torba olub. Binanın çölündə daha bir torba tapılıb.
Polis torbada şəhərin müxtəlif yerlərində avtomobillərdən oğurlanmış əşyalar aşkar edib.
Cinayətini etiraf edən U.Uillett iki il dörd ay müddətində həbs cəzasına məhkum edilib.
Digər Xəbərlər
19 Aprel 2024 11:02
Bakıda marketlərdən 3 minlik tütün məmulatı oğurlandı
19 Aprel 2024 10:10Sumqayıtda ər-arvad qətlə yetirildi: 24 yaşlı oğulları... - YENİLƏNİB
19 Aprel 2024 09:36Xankəndidə silah-sursat aşkarlandı
19 Aprel 2024 09:25Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanıldı
18 Aprel 2024 18:19