adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 Mart 2020 00:10
17170
SİYASƏT
A- A+

Daşkənd MDB hökumət başçılarının sammitinə hazırlaşır

Daşkənddə keçiriləcək MDB ölkələrinin hökumət başçılarının sammitinə hazırlıq işləri davam etdirilir. Tədbirin hələlik təxirə salınması barədə məlumat yoxdur.

"Sputnik”in verdiyi xəbərə görə, bunu MDB İcraiyyə Komitəsinin başçısı Sergey Lebedev də təsdiqləyib.

Tədbirin mayın 29-da keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Daşkənd şəhərində koronavirusa 50 yoluxma halı təsdiqlənib.

Hazırda Özbəkistanın paytaxtı giriş və çıxış üçün bağlıdır.