adalet.az header logo
  • Bakı 19°C
24 Mart 2020 22:40
5968
SAĞLAMLIQ
A- A+

Oqtay Şirəliyev: Görülən tədbirlər nəticəsində Azərbaycanda koronavirusun yayılmasının qarşısı alınıb

Koronavirusla bağlı məlumat çıxan kimi Prezident İlham Əliyevin verdiyi tapşırıqlar və görülən tədbirlər nəticəsində pandemiyanın Azərbaycanda yayılmasının qarşısı alındı

Trend-in məlumatına görə, bunu Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-nin "Hədəf” proqramında deyib.

Nazir bildirib ki, Azərbaycan vaxt itirmədən bu işə başladı:

"Bu yeni bir xəstəlik idi və onun laborator müayinələri çətin idi. Gecə ilə qardaş Türkiyədən Azərbaycana testlər gətirildi və şübhəli şəxslər o testlərdən keçirilərək nəzarətə götürüldü".