adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Mart 2020 14:14
68074
MƏDƏNİYYƏT
A- A+

Azərbaycanda aprel döyüşlərindən bəhs edən serial yayımlanacaq - VİDEO

İctimai Televiziya və Radio Yayımları Şirkəti aprel döyüşlərindən bəhs edən "4 gün" adlı serial yayımlayacaq.

Adalet.az xəbər verir ki, şirkət 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş döyüşlərə həsr olunan filmin çəkilişlərinə başlayıb.

Filmin treylerinin yaxın günlərdə yayımlanacağı gözlənilir.

Hazırda bəzi kadrları hazır olan ekran işi haqqında ətraflı məlumat ictimaiyyətə yaxın günlərdə açıqlanacaq.

Məlumata görə Azərbaycan Silahlı Qüvvələrinin, əsgər və zabitlərinin göstərdiyi şücaət əsasında ssenariləşdirilən "4 gün" adlı ekran işinin çəkilişləri döyüşlərin reallaşdığı ərazilərdə aparılır.